Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Gəncə" basketbol komandası heyətini Nik Ellinqtonla gücləndirib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, ABŞ-dən olan oyunçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı basketbolçu karyerasında ilk dəfə vətənindən kənarda oynayacaq.
