"Vilyarreal" 3 gənc futbolçusunu komandaya cəlb edib

A- A A+

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Vilyarreal" klubu akademiyasının 3 yetirməsi – Karlos Masia, Ruben Qomes və Alassan Diattanı komandaya cəlb edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçular 2026/2027 mövsümündən baş məşqçi İnyiqo Peresin rəhbərlik etdiyi kollektivdə oynayacaqlar.

Yarımmüdafiəçi Karlos Masia "16", qolkiper Ruben Qomes "13", seneqallı futbolçu Alassan Diatta isə "5" nömrəli formanı geyinəcəklər.

Qeyd edək ki, "Vilyarreal" - "Sabah" matçı dekabrın 8-də "Estadio de la Ceramica" stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: