“Çelsi” italiyalı futbolçunu 47 milyon avroya transfer edib

A- A A+

İngiltərənin “Çelsi” klubu İtaliyanın “Atalanta” komandasından Onest Ahanoru transfer edib.

NUHÇIXAN London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı futbolçu “zadəganlar”ın heyətinə 2027-ci ilin yayında qoşulacaq. Transfer məbləği 47 milyon avro təşkil edib.

Qeyd edək ki, Onest Ahonur 2026/2027-ci illər mövsümünü icarə əsasında “Kristal Pelas”da keçirəcək. 18 yaşlı müdafiəçi ötən mövsüm “Atalanta”nın heyətində 35 oyunda meydana çıxıb. Bu, onun Berqamo klubunda ilk mövsümü olub. Futbolçu 2025-ci ildə İtaliya milli komandasında debüt edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: