"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirib

A- A A+

"Sabah" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

NUHÇIXAN Bakı klubunun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb.

26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək "Sabah"ın şərəfini qoruyacaq. Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024), "Sport Resife" (2025), eləcə də Rusiyanın "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: