Argentinalı futbolçu Entso Fernandesin "Çelsi"dən "Mançester Siti"yə keçməsi ilə İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb.
NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" yarımmüdafiəçi üçün London klubuna 145 milyon avro ödəyib.
Bu isə "Liverpul"un Aleksader İsak üçün "Nyukasl"a verdiyi məbləğlə bərabərdir.
Xatırladaq ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Entso Fernandes 2023-cü ildən "Çelsi"də çıxış edir.
