Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətinə daha bir futbolçu qatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda 24 yaşlı yarımmüdafiəçi Aqil Nəsibovla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Xatırladaq ki, Aqil Nəsibov son olaraq "Şəfa"da çıxış edib.
