Almaniya klubunun azərbaycanlı futbolçusu dünya çempionatında oynaya bilər

A- A A+

Almaniyanın “Qröyter Fürt” klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllı U-15 dünya çempionatı və festivalında çıxış edəcək milli komandanın formalaşdırılması məqsədilə aparılan seçim prosesinə cəlb olunub.

Bu barədə NUHÇIXAN-a AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev məlumat verib. O, oyunçu ilə bağlı hələlik yekun qərar qəbul edilmədiyini bildirib.

Tuncay İsmayıllının çıxışı məşqçilər korpusu tərəfindən bəyənilsə, adı 20 nəfərlik yekun heyətə daxil ediləcək.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-31-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: