İngiltərənin "Liverpul" klubu Fransanın "Sent-Etyen" komandasında çıxış edən 18 yaşlı hücumçu Cilian Nqessanın transferini rəsmən açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yay "transfer pəncərəsi" sentyabrın 1-də başa çatsa da, futbolçunun keçidi rəsmiləşdirilib.
Bununla belə, oyunçu icarə əsasında Fransanın "Brest" klubunda çıxış edəcək.
Məlumata görə, transferin məbləği təxminən 5 milyon avro təşkil edib. Müqavilədə futbolçunun gələcək satışından "Sent-Etyen"ə faiz ödənilməsini nəzərdə tutan bənd də yer alıb.
Forvard artıq əsas komandada özünü göstərməyi bacarıb. O, "Sent-Etyen"in heyətində Fransa Liqa 1-də 13 matç keçirib.
Nqessa Fransa millisinin aşağı yaş qruplarında da çıxış edib. O, 2025-ci ildə 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında Fransa yığmasının heyətində yer alıb. Fransa həmin turnirdə dördüncü yeri tutub.
Ümumilikdə Cilian Nqessa Fransa U-17 millisinin heyətində keçirdiyi 11 oyunda 11 qola imza atıb.
