Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha 2 oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" lider "Zirə"ni qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Hazırda "qartallar" 9 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "bayquşlar" isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

Günün son görüşü "Palms Sport Arena"da "Neftçi" və "Şəfa" komandaları arasında olacaq. Oyunun start fiti saat 20:30-da səslənəcək. Turnir cədvəlində "ağ-qaralar" 6 xalla 2-ci, debütant komanda isə 3 xalla 9-cudur.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" isə Gəncədə "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəlib. Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: