Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən xizək alpinizmi üzrə FIS Kubokunda çıxış edib.
Qış İdman Növləri Federasiyasından "Report"a verilən məlumata görə, o, 202,9 xal toplayaraq yekun sıralamada 22-ci yeri tutub.
İdmançımız bu nəticə ilə xizək alpinizmi üzrə FIS Kontinental Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, sentyabrın 4-5-də keçirilən yarışda 11 ölkədən 57 idmançı mübarizə aparıb.
