"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, "Neftçi" öz meydanında "Şəfa" komandasını qəbul edib.

Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Andrey Şkribek dubl edib, digər qollara Rüfət Abbasov və Breno De Almeyda Mello Santana imza atıblar. Qonaqların yeganə qolunu isə Murad Musayev vurub.

Bu qələbə ilə xallarını 9-a çatdıran "Neftçi" liderliyi ələ keçirib. Eyni xala malik "Sabah" və "Zirə" növbəti pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" Gəncədə "Kəpəz"ə 4:1, "Sabah" isə "Zirə"yə 5:0 hesabı ilə qalib gəlib.

Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: