Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib

A- A A+

Türkiyə Superliqasında daha bir oyun keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, IV turun mərkəzi matçında "Fənərbağça" "Beşiktaş"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Ağ-qaralar"ın heyətində 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə Duşan Vlahoviç fərqlənib.

Meydan sahiblərinin heyətində isə Milan Şkrinyar 26-cı dəqiqədə adını tabloya yazdıra bilib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: