İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Ceremi Monqa ilə maraqlanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi 17 yaşlı vingerin keçidini 2027-ci ilin yayında yekunlaşdırmağı planlaşdırır. Bu transferin təxminən 20 milyon avroya başa gələcəyi gözlənilir.
Xatırladaq ki, "Mançester Siti" Ceremi Monqanı iyulda "Lester"dən təxminən 10 milyon avroya alıb.
