Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb

A- A A+

Azərbaycan Premyer Liqasının IV turunda 26 qol vurulub.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.

Daha yüksək göstərici sonuncu dəfə 2020/2021-ci illər mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilmiş X turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub.

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/2006-cı illər mövsümünün XXVI turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: