Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb

A- A A+

Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun Bakı mərhələsinə biletlər satışa çıxarılıb.

Azərbaycan Üzgüçülük Federasiyasından NUHÇIXAN-a bildirilib ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək.

Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi tanınmış idmançıların çıxışlarını canlı izləyə biləcəklər.

Biletlər həm QR, həm də kağız formatında təqdim olunur. Bildirilib ki, kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: