Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzub

A- A A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.

AFFA-dan NUHÇIXAN-a bildirilib ki, Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində daha iki oyun keçirəcək. Komanda sentyabrın 9-u Bakı vaxtı ilə saat 14:30-da Moldovanı U-18, sentyabrın 11-i isə eyni saatda Latviyanı U-17 seçməsi ilə qarşılaşacaq. Hər iki oyun Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: