UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Vilyarreal"la qarşılaşan Almaniyanın "Borussiya" (Dortmund) klubunun forvardı Seru Qirassi turnirdə vurduğu qolların sayına görə komanda tarixində ikinci ən məhsuldar futbolçu olub.
NUHÇIXAN Dortmund təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard sözügedən yarışda "Borussiya"nın heyətində 28 oyuna 17 qol vuran Robert Levandovskini geridə qoyub.
30 yaşlı ön xətt oyunçusu qitənin bir nömrəli klub turnirində keçirdiyi 25-ci matçda 18 və 19-cu qollarını vurub.
S.Qirassi bu göstəricidə yalnız Marko Roysdan geri qalır. Sabiq yarımmüdafiəçi turnirdə forma geyindiyi 72 qarşılaşmada 24 dəfə fərqlənib.
