Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 89, 96, 102 və 109 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar.
Toplam 290 kiloqram (135+155) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Ağır Atletika bölməsinin yetirməsi olan Tarmenxan Babayev qalib adını qazanıb.