“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

A- A A+

“Kəpəz” futbol klubunun kapitanı Dioqu Verdaşka zədələnib.

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, portuqaliyalı müdafiəçi bu gün keçirilən məşq zamanı zədələnib.

Onun Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”yə qarşı oyunda iştirak edib-etməyəcəyi tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də Gəncə şəhər stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: