UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub.
Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə gerçəklib. "Liverpul" doğma azarkeşləri önündə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
9 sentyabr
"Barselona" (İspaniya) - "Feyenoord" (Niderland) 5:1
"Ştutqart" (Almaniya) - "Vikinq" (Norveç) 3:1
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 2:1
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:1
PSJ (Fransa) - "Slovan" (Slovakiya) 6:1
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) 3:1
Xatırladaq ki, Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq. Azərbaycan çempionu "Sabah" İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
