2026-cı ildə MLS klublarının transfer xərcləri yeni rekord həddə çatıb.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, komandalar il ərzində yeni futbolçuların transferinə ümumilikdə 370 milyon dollardan çox vəsait xərcləyib. Eyni zamanda, transferlərdən 218 milyon dollar gəlir əldə olunub.
Mövsüm ərzində MLS-ə Antuan Qrizmann, Robert Levandovski, Brel Embolo və Kazemiro kimi ulduz futbolçular transfer olunublar. Liqanın 8 klubu öz transfer rekordunu yeniləyib.
Bundan başqa, 2026-cı ilin yayında MLS klublarına transfer olunan 20 futbolçu dünya çempionatında iştirak edib. ABŞ-nin yüksək dəstə təmsilçiləri transferlərdən əldə olunan gəlirdə də ardıcıl ikinci il 200 milyon dollar həddini keçiblər.
Qeyd edək ki, 2025-ci ildə MLS klubları transferlərə 336 milyon, 2024-cü ildə 188 milyon, 2023-cü ildə 172 milyon, 2022-ci ildə 163 milyon, 2021-ci ildə isə 170 milyon dollar xərcləyiblər.
