Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına 38 ölkədən bilet alınıb

A- A A+

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına artıq 38 ölkədən biletlər alınıb.

Bu barədə NUHÇIXAN-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

O, yarışa azarkeş marağının kifayət qədər yüksək olduğunu bildirib: “Bilet satışına başladığımız gündən həm yerli, həm də xarici cüdo həvəskarlarının fəallığını görürük. Artıq 38 ölkədən dünya çempionatına biletlər alınıb. Bu da Bakıda keçiriləcək yarışa beynəlxalq marağın yüksək olduğunu göstərən mühüm göstəricidir”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: