"Mançester Yunayted"i "Sabah"la matça çıxaracaq Adam Lourenslə müqavilə müddəti uzadılıb

A- A A+

UEFA Gənclər Liqasında "Mançester Yunayted"i bu gün "Sabah"ın U-19 komandası ilə matça çıxaracaq baş məşqçi Adam Lourenslə müqavilə müddəti uzadılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin həmçinin akademiya sistemində Peşəkar İnkişaf Mərhələsinə də rəhbərlik edəcəyi bildirilib. A.Lourens U-19 komandasını UEFA Gənclər Liqasında "Sabah"la yanaşı, digər matçlara çıxaracaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: