“Naxçıvan” basketbol komandasının yeni baş məşqçisi bəlli olub.
Klubdan NUHÇIXAN-a bildirilib ki, bu posta Belarusiyadan olan mütəxəssis Georgi Kondruseviç gətirilib.
48 yaşlı çalışdırıcı ilə mövsüm sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Georgi Kondruseviç son olaraq “Lənkaran” komandasını çalışdırıb. Təcrübəli mütəxəssis 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.
