Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin "Budyo-Qlimt" komandası ilə matçda (5:0) fərqlənməklə nadir rekordu təkrarlayıb.
NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurmağa müvəffəq olub.
UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski (hərəyə iki dəfə) və Rud van Nistelroy qol vurublar.
