Sentyabrın 15-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Boks Federasiyasından NUHÇIXAN-a bildirilib ki, 5 gün davam edəcək yarışda Azərbaycanın U-23 millisi gücünü yoxlayacaq.
Komandanın məşqçisi Elbrus Rzayev turnirdə Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hünbətov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kiloqram), Vaqif Hacıyev (70 kiloqram) və Abbasqulu Şadlinskini (75 kiloqram) yoxlayacaq.
