Futbol üzrə Azərbaycan kubokunun final matçını hakim İnqilab Məmmədov idarə edəcək

A- A A+

Futbol üzrə Azərbaycan kubokunun final matçını idarə edəcək hakim müəyyənləşib.

NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, mayın 19-da “Qəbələ” – “Sumqayıt” görüşü İnqilab Məmmədov tərəfindən idarə olunacaq. Ona Rahil Ramazanov, Pərvin Talıbov və Səbuhi Bayramov kömək edəcəklər. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Turnirin həlledici qarşılaşması Naxçıvan Muxtar Respublikası Stadionunda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: