Lamin Yamal İspaniya La Liqasında Lionel Messinin 13 illik rekordunu təkrarlayıb

A- A A+

"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb.

NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub.

İspaniyalı forvard cari mövsümdə "Rayo Valyekano" (5:2), "Valensiya" (5:0) və "Levante" (4:2) ilə matçların hər birində iki qol vurub. Əvvəlki analoji göstərici 2012/2013 mövsümündə L. Messi tərəfindən gerçəkləşdirilib. Argentinalı hücumçu həmin vaxt ilk 5 turda "Real Sosyedad" (5:1), "Osasuna" (2:1) və "Xetafe"yə (4:1) qarşı keçirilən görüşlərdə dubla imza atıb.

Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə 7 qol (La Liqada 6, Çempionlar Liqasında 1) vurub. O, ölkə çempionatının bombardirlər yarışında Kilian Mbappe, Rafinya və Serxio Kamelyo ilə birgə birinci pilləni bölüşdürür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: