"Mançester Siti" Rayan Ait-Nurini "Mançester Yunayted"ə satmaqdan imtina edib

A- A A+

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rayan Ait-Nurini "Mançester Yunayted"ə satmaqdan imtina edib.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay transfer dönəmində 25 yaşlı müdafiəçi üçün qarşı tərəfə müraciət ünvanlayıb.

Lakin "şəhərlilər" rəqibini gücləndirmək istəmədiyi üçün bu təklifi dərhal rədd edib.

Nəticədə əlcəzairli oyunçu komandada qalıb.

Xatırladaq ki, Rayan Ait-Nuri 2025-ci ilin yayında "Vulverhempton"dan "Mançester Yunayted"ə keçib. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: