UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

A- A A+

Bu gün Yunanıstanın Saloniki şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2028-ci və 2029-cu illərdə avrokubokların final oyunlarının keçiriləcəyi məkanlarla bağlı qərar qəbul olunub.

NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2027/2028-ci il mövsümünün UEFA Çempionlar Liqasının finalı 27 may 2028-ci ildə Münhendə keçiriləcək. “Arena Münhen” bu mötəbər qarşılaşmaya tarixində üçüncü dəfə ev sahibliyi edəcək.

Münhen arenasında daha əvvəl 2012-ci ildə İngiltərənin “Çelsi” və Almaniyanın “Bavariya” komandaları finalda qarşılaşıb. Həmin oyunda London klubu penaltilər seriyasında qalib gəlib. 2025-ci ildə isə Fransa təmsilçisi PSJ finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edərək kuboka sahib olub.

2029-cu ilin Çempionlar Liqasının finalı isə iyunun 2-də Barselonadakı yenilənmiş “Kamp Nou” stadionunda keçiriləcək. Bu arena da tarixində üçüncü dəfə turnirin finalına ev sahibliyi edəcək. Stadionda daha əvvəl 1989-cu ildə “Milan”, 1999-cu ildə isə “Mançester Yunayted” Çempionlar Liqasının qalibi olub.

UEFA Avropa Liqasının 2028-ci il finalının keçirilməsi Buxarestə həvalə olunub. 2029-cu ildə isə turnirin həlledici qarşılaşması Belqradda baş tutacaq.

UEFA Konfrans Liqasının 2028-ci il finalı Turin şəhərində keçiriləcək. 2029-cu ildə isə turnirin qalibi Budapeştdə müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: