Türkiyə çempionatı: “Beşiktaş” “Alanyaspor”a qalib gəlib

122

Mayın 13-də futbol üzrə Türkiyə Superliqasının XXXII turuna yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin üçüncü pilləsində yer alan “Beşiktaş” “Vodafon Park Stadionu”nda “Alanyaspor”u qəbul edib.

Çempionluq uğrunda mübarizə aparan İstanbul komandası qarşılaşmada rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 11-ci dəqiqədə Adem Lyajiçin vurduğu qolla meydan sahibləri açıblar. 45-ci dəqiqədə isə beşiktaşlı Caner Erkin topu öz qapısından keçirib. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

İkinci hissədə hücumlarını çoxaldan meydan sahibləri hesab arasındakı fərqi artırıblar. Matçın 55-ci dəqiqəsində portuqaliyalı futbolçu Rikardo Qvarejma komandasının qələbə topunu vurub.

Beləliklə, bu oyundan sonra xallarının sayını 62-yə çatdıran baş məşqçi Şenol Günəşin yetirmələri Türkiyə çempionatında üçüncü sıradakı mövqelərini möhkəmləndiriblər. “Beşiktaş” komandası növbəti həftə səfərdə “Trabzonspor”la oynayacaq.

Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: