"Balaca Messi" ləqəbli futbolçu "Barselona"nın maraq dairəsinə düşüb

A- A A+

İngiltərənin "Mançester Yunayted" klubundan ayrılmaq istəyən 15 yaşlı futbolçu Josep Junior Qabriel İspaniyanın "Barselona" kollektivinin maraq dairəsinə düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.

Həm hücumçu, həm də vinger mövqeyində çıxış edən oyunçu "Balaca Messi" ləqəbi ilə tanınır. Bildirilir ki, onun klubdan ayrılmaq istəyi rəhbərlik tərəfindən təəccüblə qarşılanıb.

Məlumata görə, Josep Junior Qabriel bir sıra Avropa klublarının maraq dairəsindədir. Onunla əsasən "Barselona" komandası maraqlanır. İngiltərənin digər təmsilçisi "Çelsi" isə gənc oyunçunu diqqətdə saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: