“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turu “Neftçi” üçün əlamətdar olacaq.

Peşəkar Futbol Liqasından NUHÇIXAN-a verilən məlumata görə, səfərdə “Qəbələ” ilə qarşılaşacaq “ağ-qaralar ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Müstəqillik dövründə “Neftçi”nin ilk qolunun müəllifi olan Yunis Hüseynov bununla bağlı qurumun rəsmi saytına fikirlərini bölüşüb: “İlk oyunumuz “Xəzər Sumqayıt”a qarşı idi. Güclü rəqib idi. Penaltidən ilk qola imza atdım. Qapıda Elxan Həsənov dayanmışdı. Həmin il ardıcıl 12 oyunda qol vurmuşdum. “Neftçi”də oynamaq uşaqlıq arzum idi. Hər kəsin arzusu bu formanı geyinmək idi. SSRİ çempionatında da qollar vururdum. Yaşımın çox olmasına baxmayaraq, indi də zərbələrim yaxşıdır”.

Hazırda “Neftçi”də çıxış edən kapitan Emin Mahmudov isə Bakı klubunda oynamağın böyük qürur olduğunu qeyd edib: “Hələ də bu klubda bütün arzularıma çatmamışam. Bir dəfə çempion olmuşam. Daha çox kubok qazanmaq istəyirik. Arzumuz bu il 90 illiyini keçirən “Neftçi” ilə çempionluq yaşamaqdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: