İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev beynəlxalq turnirə qələbə ilə başlayıb

A- A A+

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına qələbə ilə başlayıb.

NUHÇIXAN xəbər verir ki, turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz yaponiyalı Kento Masakiyə ipponla qalib gələrək yarımfinala yüksəlib.

Paracüdoçumuz ilk mərhələdən azad olub və yarışa dörddəbir finaldan start verib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: