Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib

A- A A+

Braziliyalı hücumçu Rafinya “Barselona”nın heyətində mövsümün ilk yeddi oyununda 11 qol vuraraq Lionel Messinin rekordunu yeniləyib.

NUHÇIXAN xəbər verir ki, bu göstərici Kataloniya təmsilçisinin İspaniya çempionatının VI turunda doğma meydanda “Rasinq Santander”i 7:2 hesabı ilə darmadağın etdiyi oyuna təsadüf edib. Qarşılaşmada Rafinya het-trik edib.

Bununla Rafinya yeni mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi ilk yeddi matçda 11-ci qolunu vurub. O, bu göstərici ilə Lionel Messinin 2012/2013-cü illər mövsümündəki nəticəsini geridə qoyub. Argentinalı futbolçu həmin mövsümün ilk yeddi oyununda 10 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Rafinyanın hesabında üç məhsuldar ötürmə də var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: