"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.
NUHÇIXAN xəbər verir ki, Bakı klubu amerikalı basketbolçu Zakeriya Hiks ilə birillik müqavilə imzalayıb.
23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Temple Ouls" və "Penn State Nittani Lions" komandalarının şərəfini qoruyub. Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Mursia" klubunda, son olaraq isə NBA G Liqasında "Sout Bay Lakers" komandasında çıxış edib.
