NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

A- A A+

NBA-da mübarizə aparan “Çikaqo” və “Nyu-York Niks” komandalarının sabiq basketbolçusu Maykl Svitni 43 yaşında dünyasını dəyişib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Çikaqo” klubunun mətbuat xidməti məlumat yayıb.

Klub Svitninin ailəsinə və yaxınlarına başsağlığı verib. O, 2003-2005-ci illərdə “Niks”in, daha sonra isə iki mövsüm “Çikaqo”nun formasını geyinib.

Svitni NBA-də ümumilikdə 233 oyun keçirib. O, bu görüşlərdə orta hesabla 15,5 dəqiqə meydanda olaraq 6,5 xal və 4,5 ribaundla yadda qalıb. Basketbolçu 73 matçda start heyətində yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: