İngiltərənin "Çelsi" klubu İspaniya millisinin futbolçusu Niko Uilyams üçün 80 milyon avro ödəməyə hazırdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Lakin "zadəganlar" hələlik 24 yaşlı viger üçün "Atletik"ə rəsmi təklif göndərməyib.
London klubu daha əvvəl də bu oyunçunu heyətinə qatmağı nəzərdən keçirib.
Xatırladaq ki, Niko Uilyamsın hazırkı klubu ilə müqaviləsinin müddəti 2035-ci ilin yayınadək qüvvədədir.
