“Turan Tovuz” və “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri gələn həftə satışa çıxarılacaq.
NUHÇIXAN AZƏRTAC-a istinadən xəbər verir ki, biletlər, böyük ehtimalla, “Birbilet.az” platformasında satışda olacaq. Hələlik biletlərin qiyməti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
