“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında 100-cü qolunu vurub.
NUHÇIXAN xəbər verir ki, ingiltərəli futbolçu bu göstəriciyə cəmi 98 oyunda çatıb və turnirin rekordunu müəyyənləşdirib.
Keyn yubiley qolunu “Union”a qarşı matçın 39-cu dəqiqəsində penaltidən vurub. Əvvəlki rekord Köln klubunun futbolçusu Diter Müllərə məxsus olub – o, 100 qola 129 oyunda çatmışdı.
“Bavariya” həmin qarşılaşmanın ilk hissəsindən sonra 3:0 hesabı ilə öndə olub.
