"Trabzonspor" Salahın het-trik etdiyi oyunda "Qalatasaray"a qalib gəlib

A- A A+

Futbol üzrə Türkiyə Superliqasında daha bir oyun keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, VI turun mərkəzi qarşılaşmasında "Qalatasaray" "Trabzonspor"un qonağı olub.

Qara dəniz təmsilçisi rəqibini dörd cavabsız qolla məğlub edib.

Meydan sahiblərinin heyətində Məhəmməd Salah 4, 44 və 80-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Digər qolu 39-cu dəqiqədə Noa Saviolo vurub.

İstanbul təmsilçisi hələlik 13 xalla birinci pillədə qərarlaşıb. "Trabzonspor" 10 xalla beşinci sıradadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: