Viktor Dyekereş qışda "Arsenal"ı tərk edə bilər

A- A A+

İngiltərənin "Arsenal" klubunun isveçli hücumçusu Viktor Dyekereş qış "transfer pəncərəsi"ndə komandadan ayrıla bilər.

NUHÇIXAN "Caught Offside"a istinadən xəbər verir ki, 28 yaşlı forvard London təmsilçisindəki mövqeyindən narazıdır.

"Arsenal" rəhbərliyi hücumçu ilə yolları ayırmaq niyyətində deyil, lakin qışda başqa bir forvard transfer olunacağı təqdirdə fikrini dəyişə bilər. Oyunçunun nümayəndələri artıq İtaliyanın "Yuventus", "Milan", Səudiyyə Ərəbistanının "Əl-İttihad" və "Əl-Əhli" klubları ilə ilkin danışıqlara başlayıblar.

Dyekereş 2025-ci ilin iyulunda "Sportinq"dən (Portuqaliya) "Arsenal"a keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. İsveçli futbolçu 2026/2027 mövsümündə keçirdiyi 5 matçda məhsuldar göstərici ilə fərqlənməyib.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 65 milyon avro qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: