Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların yekun siyahısı açıqlanıb

A- A A+

Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümündə iştirak edəcək klubların siyahısında dəyişiklik edilib.

Federasiyadan NUHÇIXAN-a bildirilib ki, ABL və Azərbaycan Kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticələrinə uyğun olaraq, ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Qərara əsasən, 2026/2027-ci illər mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL-2-də iştirak edəcək.

Beləliklə, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

Xatırladaq ki, ABL-də yeni mövsüm sentyabrın 30-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: