Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

A- A A+

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası ilk yoxlama oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, yığma “Qəbələ”nin U-19 komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Qəbələdə növbəti yoxlama matçlarını oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupları üzrə millilərinə qarşı oynayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: