Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

A- A A+

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.

NUHÇIXAN qurumun rəsmi saytına istinadla xəbər verir ki, 65 yaşlı mütəxəssislə yeni sözləşmə 2032-ci ilə qədər nəzərdə tutulub.

O, bu vəzifəyə 2022-ci ilin dekabrında təyin olunub. İspaniya yığması De la Fuentenin rəhbərliyi altında 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, bu il isə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Luis de la Fuentenin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: