Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan təmsilçisi ilk oyununu oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək.
“Qırmızı-ağlar” qrup mərhələsinin ikinci görüşündə oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək. Qrupdakı son oyun isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı olacaq.
Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.
