Fransalı futbolçu Antoni Marsyal karyerasını Rusiyada davam etdirə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
30 yaşlı hücumçu hazırda “Krasnodar” və ÇSKA (Moskva) klubları ilə danışıqlar aparır. Bundan başqa, futbolçu ilə İspaniya təmsilçisi “Malaqa” da maraqlanır.
Marsyalın nümayəndələri onun xidmətlərini Fransanın “Loryan” klubuna da təklif ediblər.
Məlumata görə, azad agent statusunda olan futbolçu Livanın “Əl-İttihad Tripoli” klubunun illik 10 milyon avro maaş təklifini qəbul etməyib. Onun milli komandaların oyunları ilə bağlı yaranmış fasilə zamanı özünə yeni klub tapmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Antoni Marsyal karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, Fransanın “Lion”, “Monako”, İspaniyanın “Sevilya”, Yunanıstanın AEK və Meksikanın “Monterrey” klublarında çıxış edib.
