Basketbol üzrə turnirə yekun vurulub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklər ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Ümumi nəticədə daha çox xal toplayan “Naxçıvan” komandası turnirin qalibi olub. “Babək” və “Ordubad” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.

Sonda qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi “Naxçıvan” komandası isə “Heydər Əliyev kuboku”na layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: