Yaponiyalı üzgüçü Şin Ohaşi Asiya Oyunlarında kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında dünya rekordunu yeniləyib.
NUHÇIXAN xəbər verir ki, 17 yaşlı idmançı məsafəni 2 dəqiqə 4,83 saniyəyə qət edib. Bununla da o, 2023-cü ilin iyulundan çinli Qin Haiyanqa (2:05,48) məxsus olan dünya rekordunu 0,65 saniyə yaxşılaşdırıb.
Şin Ohaşi bu həftə 100 metr brass üsulu ilə üzmədə də qızıl medal qazanıb. O, finalda çinli Donq Jihau ilə eyni nəticə göstərərək birinci olub.
Qeyd edək ki, əvvəlki dünya rekordunun sahibi Qin Haiyanq Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında iştirak etməyib.
