Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri bu gün növbəti görüşlərini keçirəcəklər

A- A A+

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

NUHÇIXAN-ın məlumatına görə, kişilərdən ibarət komanda IX turda Ermənitanla üz-üzə gələcək.

Qadınlar isə Çexiyadan olan rəqibləri ilə qarşılaşacaqlar.

8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: